Platini xəbərdarlıq etdi

platini-xeberdarliq-etdi
Oxunma sayı: 641

“Qafqazinfo” Qol.Az saytına istinadən xəbərinə görə, M.Platini bildirib ki, bu yarışda çıxış edəcək iki dövlətdən birinin təmsilçisi UEFA Çempionlar Liqasından kənarda qala bilər.

“Mən bildirmişdim ki, transmilli liqa ideyasına baxmağa hazırıq. Bu məsələni müzakirə etdik. Qeyd etməliyəm ki, bu çempionatla bağlı fikirlər birmənali deyil. Xüsusən yarışın əleyhinə olanların sayı çoxluq təşkil edir. MDB çempionatının keçirilməsində bəzi problemlər var. Əgər başqa-başqa ölkələrin liqası vahid bir yarışda oynamaq istəsə, təhlükəsizlik, vergi və s. məsələlərlə bağlı yeni qanunlara ehtiyac yaranacaq” – deyə M.Platini bildirib.
O qeyd edib ki, yarışa qatılan hər iki ölkədən yalnız birinin təmsilçisi Çempionar Liqasında oynaya biləcək.
Xatırladaq ki, hələlik Azərbaycan tərəfi MDB çempionatına qatılmaqla bağlı birmənalı fikir yürütmür.
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün bəyan edib ki, ölkəmizin yaradılması təklif olunan MDB liqasında iştirakı sual altındadır. O deyib ki, bu liqanın yaradılması üçün xeyli məsələlər öz həllini tapmalıdır: "Hazırda MDB-nin hər bir ölkəsinin öz müstəqil çempionatı var, FIFA-nın qurduğu reqlament çərçivəsində beynəlxalq oyunlar keçirilir. Əlavə liqada iştirak etmək mümkünsüz görünür".

Yeri gəkmişkən, Rusiyanın MOİK klubunun prezidenti Yevgeni Qiner bu gün Moskvada keçirilən mətbuat konfransında MDB liqasının 2014/15-ci il mövsümündən başlanacağını deyib.