"Qafqazinfo" xəbər verir ki, qrup mərhələsini uğurla davam etdirən və iki dalbadal qələbə qazanan komanda B qrupundan olub. Hollandiya ilk görüşdə İspaniyanı 5-1 hesabı ilə məğlub edəndən sonra, bu gecə Avstraliyaya 3-2 hesabı ilə qalib gəlib və play-off mərhələsinə adlayan ilk komanda olub. Çili Hollandiyanın uğurunu davam etdirən ikinci komanda olub. Onlar birinci qarşılaşmada Avstraliyanı 3-1, ikinci matçda yeni bir neçə dəqiqə öncə bitən görüşdə son dünya çempionu İspaniyanı 2-0hesabı ilə məğlub edərək qrup mərhələsini uğurla başa vurub. Doğrudur, Çilinin son matçı Hollandiyaya qarşı olacaq ki, bu da qrup liderini müəyyənləşdirməkdən başqa bir önəm kəsb etməyəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər