“Playboy” ulduzu intihar etdi

playboy-ulduzu-intihar-etdi
Oxunma sayı: 4308

“Playboy” jurnalının 33 yaşlı ulduzu Eşli Mettinqli intihar edib.

“Qafqazinfo” TMZ nəşrinə isitnadən xəbər verir ki, modelin cəsədi Ostindəki evində tapılıb. Polis uzun müddətdir Eşli ilə əlaqə saxlaya bilməyən dostunun müraciəti əsasında onun evinə yollanıb. Alkoqol asılılığından əziyyət çəkən model ölümündən əvvəl tənhalıqdan əziyyət çəkdiyi üçün özünə küçük də alıbmış.

O, ölümündən əvvəl məktub da yazıb. Eşlinin dəqiq ölüm səbəbi hələlik bilinmir.