“Playboy”dan bu qıza fantastik təklif- - Fotosessiya

playboydan-bu-qiza-fantastik-teklif-
Oxunma sayı: 7926


Usta rejissor Martin Skorsesin “Oskar” namizədi “Pul ovçusu” filmində baş rolda çəkilən 23 yaşlı Marqot Robbiyə “Playboy” jurnalının sahibi Hug Hefner açıq çek təklif edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı aktrisanı sözü gedən filmdə izləyən və çox bəyənən Hefner aktrisanın “Playboy”a poza verməsini istədiyini və bunun qarşılığında ona açıq çek vəd etdiyini bildirib.

Jurnalın 60-cı il dönümünün qeyd oluduğu tədbirdə danışan Hefner seksual akrtisa ilə işləməyi çox istədiyini qeyd edərək bunları deyib: 

“Marqota heyran oldum. “Playboy”a poza verməsini çox istəyirəm. Bunun üçün əlimdən gələni etməyə hazıram. Jurnalın üz qapağında çox xoş görünəcəyinə əminəm”. 

Qeyd edək ki, aktrisa jurnalın təklifinə hələ cavab verməyib.