Poçettino Mbappe ilə maraqlı dialoqdan danışdı

pocettino-mbappe-ile-maraqli-dialoqdan-danisdi
Oxunma sayı: 1281

“Qarşılaşmadan əvvəl Kilian mənə dedi ki, “Kamp Nou”da neçə dəfə qalib gəldiyimi soruşdu. 1 dəfə deyə ona cavab verdim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” üzərində 4:1 hesablı qələbədən sonra PSJ-nin baş məşqçisi Maurisio Poçettino deyib. 

O, Mbappe ilə arasında yaşanan maraqlı dialoqdan danışıb: “Kilian dedi ki, sabah bu qələbə 2 olacaq. Bunu dedi və etdi. Yaşının az olmasına baxmayaraq, dünyanın ən yaxşılarından biridir”.