Poçettinonun “Tottenhem”in oyunçuları ilə təsirli vidası - Foto

pocettinonun-tottenhemin-oyunculari-ile-tesirli-vidasi
Oxunma sayı: 2654

İngiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino komandanın futbolçuları ilə təsirli şəkildə vidalaşıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sport24” xəbər verib.

Mütəxəssis soyunma-geyinmə otağındakı lövhədə oyunçuların ünvanına bunları yazıb: “Hamınız çox sağ olun! Biz əlvida deyə bilmərik... Siz həmişə bizim ürəklərimizdə olacaqsınız”.

Qeyd edək ki, Peçettino komandaya 2014-cü ildən başçılıq edirdi.Bu günlərdə onu bu postda portuqaliyalı mütəxəssis Joze Mourinyo əvəzləyib. London klubu 56 yaşlı məşqçi ilə 4 illik müqavilə imzalayıb.