Goranboy rayonunda Poçt Şöbəsindən pul və seyf oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 11-də Muzdurlar kənd Poçt Şöbəsinin inzibati binasından içərisində 441 manat pul və sənəd olan seyf oğurlanıb. Goranboy RPŞ əməkdaşları tərəfindən hadisəni törədən rayon sakinləri, İlkin Şıxıyev, əvvəllər məhkum olunanlar Kamil Bayramov, Nurlana Cəfərova, Samir Bayramov, Vaqif Hüseynov tərəfindən oğurlanması müəyyən edilib. Həmçinin, onların həmin gün əvvəllər məhkum olunmuş Samir Alışanov və Tahir İbrahimovla birgə həmyerliləri N.Hacıyevə məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatı və spirtli içki, habelə Göygöl şəhərində şəhər sakini Qələndər Əliyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 100 manat pul, post terminal aparatı, sərinləşdirici içkilər və tütün məmulatı oğurlamaları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə K.Bayramov, N.Cəfərova, S.Bayramov, S.Alışanov və T.İbrahimov tutulublar.
Son xəbərlər
Son Xəbərlər