Poçtdan pul oğurlamışdı, tutuldu - Foto

poctdan-pul-ogurlamisdi-tutuldu
Oxunma sayı: 1666

Xızı poçtundan oğurluq edən şəxs tutulub. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 2-də “Azərpoçt” MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb.

İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.

P. Ağazadənin ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin üstü də açılıb. Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.