Podiuma şir və canavarbaşlı libaslarda çıxdılar, tənqid olundular - Video

podiuma-sir-ve-canavarbasli-libaslarda-cixdilar-tenqid-olundular
Oxunma sayı: 2756

Parisdə “Schiaparelli” brendinin yeni kolleksiyasının təqdimatı baş tutub.  

“Qafqazinfo” xəbər verir ki, gecədə İrina Şeyk, Şalom Harlou, Naomi Kempbell və digər modellər tamaşaçıların qarşısına brendin müxtəlif libaslarında çıxıblar.

Həmçinin oxuyun: Женщина, страдающая бесплодием 13 лет стала матерью тройняшек

Modellərlə yanaşı təqdimatda milyarder, iş xanımı Kayli Cenner də iştirak edib. O, gecəyə şirbaşlı libasda qatılıb.

Yeni kolleksiyanın geyimlərindəki şir və canavar başları birmənalı qarşılanmayıb. İzləyicilər bunu heyvanlara qarşı şiddət, zorakılığın təbliği kimi qəbul ediblər. Tədbirdən görüntülərə “bərbaddır”, “kolleksiya daha yaxşı ola bilərdi, kreativ heç nə görmürən”, “şərhsiz”, “bu nəyə lazımdır” və s. şərhlər yazılıb.  

Brendin kreativ direktoru Deniel Rozberri bildirib ki, kolleksiyanın yaradılmasında Dante Aligyerinin “İlahi komediya”sından ilhamlanıb.