Podolyakın 7 yaşlı oğlunun gözündən müharibə... - Foto

podolyakin-7-yasli-oglunun-gozunden-muharibe
Oxunma sayı: 6106

“Ruslar uşaqlarımızı “müharibə uşaqları”na çevirdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında yeddi yaşlı oğlunun çəkdiyi şəkillə bağlı şərhində yazıb.

“Zirzəmilərdə yatanlar, daim raket atəşi altında, silahlı işğalçıların qarət etdiyini, atəş açdığını, yağmaladığını görənlər. Yeddi yaşlı oğlum müharibəni şəkildəki kimi görür. İndi bütün bunlar uşaqlarımızın yaddaşındadır”, - o qeyd edib.