Polad Bülbüloğlunun 70 illiyi keçiriləcək

polad-bulbuloglunun-70-illiyi-kecirilecek
Oxunma sayı: 1216


“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, bəstəkarın 70 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Yubiley tədbirləri il ərzində Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Gürcüstanda qeyd olunacaq.

Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası təqdim ediləcək. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.