Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq

polad-bulbuloglunun-75-illik-yubileyi-qeyd-olunacaq
Oxunma sayı: 1318

Fevralın 4-də Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə fevralın 4-də saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.