“Qafqazinfo”nun məlumatına görə, bu gün Heydər Əliyev Sarayında təntənəli tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin çıxışı ilə başlanıb.
Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur “Azərbaycan” mahnısını ifa edib.
Mərasimdə SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, müğənnilərdən Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər qonaqlar iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər