Polad Həşimovun övladları “Neftçi” - “Qarabağ” matçında - Foto

polad-hesimovun-ovladlari-neftci-qarabag-matcinda
Oxunma sayı: 2766

Azərbaycan Premyer Liqasının sonuncu turunda keçirilən "Neftçi" - "Qarabağ" matçını izləyənlər arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun övladları da var.

"Qafqazinfo" xəbər verir ki, şəhidimizin övladları qarşılaşmanı izləmək üçün Ağdam klubuna müraciət edib.

"Qarabağ" isə öz növbəsində kluba verilən 20 dəvətnamədən ikisini onlar üçün ayırıb. Hazırda Teymur və Davud Həşimovla qardaşları matçı tribunadan izləyir.