Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə verildi - Foto

polad-hesimovun-sexsi-esyalari-tarix-muzeyine-verildi
Oxunma sayı: 2643

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

Muzeydən “Qafqazinfo”ya verilən məlumata görə, yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb.

Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə general-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.

Həmçinin oxuyun: "Азербайджанское государство всегда заботится о здоровье своих граждан" - Агалар Велиев