“Polat Alemdar”ın fotoları siqaret qutusuna vuruldu

polat-alemdarin-fotolari-siqaret-qutusuna-vuruldu
Oxunma sayı: 4267


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ergani İlçə Jandarma Komandirlik qrupları  Dəyirmandərə istiqamətində apardıqları axtarışda bir avtomobildən 19 min 500 ədəd qaçaq siqaret tapıb.

Siqaret qutusunun üzərində “Kurtlar Vadisi” serialının qəhrəmanı Necati Şaşmazın şəkli yerləşdirilsə də, üzərinə “Murad Alemdar” yazılıb.

Şimali İraqda istehsal olunduğu bildirilən siqaretlərin bazar dəyərinin 80 min lirə olduğu qeyd edilir.

Avtomobil sürücüsü M. Ö məhkəmədə şərti cəza alaraq sərbəst buraxılıb.

Könül