Polis 9,1 ton fil dişini ələ keçirdi

polis-91-ton-fil-disini-ele-kecirdi
Oxunma sayı: 1777

Vyetnamın Da Nanq şəhərində polislər qanunsuz fil dişi ticarəti ilə məşğul olanlara qarşı əməliyyat keçiriblər.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9,1 ton fil dişi müsadirə edilib.

Bu, indiyədək ələ keçirilən ən yüksək miqdar olub.

Qeyd edək ki, Vyetnam dünyanın fil dişi və kərgədan buynuzu qaçaqmalçılığı üzrə ən aktiv tranzit ölkələrindən biridir.