Özünü polis kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Rövşən Şükürovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Şükürov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatında olan prosesdə V Şükürovun şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, vətəndaş Asif Əsədullazadə “Bandotdel”ə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxsin ondan külli midarda pul aldığını bildirib. Əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması aşkar edilərək götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər