Polis Akademiyasında buraxılış tədbiri keçirildi - Foto

polis-akademiyasinda-buraxilis-tedbiri-kecirildi
Oxunma sayı: 4078

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

V.Eyvazov çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.

 Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, ənənələri olan Azərbaycan Polisinin missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər.

Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev çıxış ediblər.

Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.