Polis Akademiyasının kursantı vəfat etdi

polis-akademiyasinin-kursanti-vefat-etdi
Oxunma sayı: 6721

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.

“Qafqazinfo” xəbər verir ki, Akademiyanın əyani fakültəsinin 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.