Polis arvadını güllələyən ermənini axtarır

polis-arvadini-gulleleyen-ermenini-axtarir
Oxunma sayı: 1256

ABŞ-ın Los-Anceles şəhərində polisi həyat yoldaşını güllələyib qaçan ermənini axtarır.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə polis idarəsinin təmsilçisi Frenk Deperno məlumat verib. Onun sözlərinə görə, qonşular səhər saatlarında ər-arvadın mübahisə etdiyini, daha sonra kişinin həyat yoldaşını çiynindən gülləyərək qaçdığını deyib.  Qadın dərhal xəstəxanaya çatdırılıb. 

Polis kişinin adını açıqlamasa da, onun təxminən 30 yaşda və 177 sm boyunda olduğunu açıqlayıb. Ehtimal edilir ki, o silahlıdır. 

 Aysel Kərimova