“Polis AXH-nin qərargahında axtarış aparmayıb”

“Polis AXH-nin qərargahında axtarış aparmayıb”
Oxunma sayı: 1048

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəisi Elşad Hacıyev  "Qafqazinfo"ya bildirib ki, “Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.

Diqqətə çatdırırıq ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982 –ci il təvüllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinin adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb.

Bu barədə H.Əliyev polis müraciət edib.

Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi