Polis axtarışda olan şəxsləri yaxaladı

polis-axtarisda-olan-sexsleri-yaxaladi
Oxunma sayı: 1237


Martın 11-də Ramana qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Cəsur Məmmədov qarın nahiyyəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Səfərov tutulub. 

Martın 11-də Məmmədyarov küçəsində Kürdaxanı qəsəbə sakini Ramil Əlibabayev qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İmran Zərbəliyev tutulub.  

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Cəfərov tutulub. 

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Saiqə Əkbərova tutulub.

Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Aslan Gəncəliyev tutulub.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Abidə Bayramova tutulub.

Martın 10-da A.Qurban küçəsində Tovuz rayon sakini Emin Qasımov qarın nahiyyəsinin aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ramiz Babayev tutulub.