Polis azyaşlı qızı valideynlərinə təhvil verdi

polis-azyasli-qizi-valideynlerine-tehvil-verdi
Oxunma sayı: 2480

Gecə saatlarında Bakıda daha bir azyaşlı qız tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, uşaq yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində aşkarlanıb. 

Belə ki, tək olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb edib. Bundan sonra polislər ona yaxınlaşıblar.  

Qızın Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilib. O, valideynlərinə təhvil verilib.