Dünən 3 nəfərin itkin düşməsi barədə paytaxt polisinə müraciət edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayon sakini, 1969-cu il təvəllüdlü Z.Zeynalova bildirib ki, martın 22-də onunla eyni evdə yaşayan qızı, 25 yaşlı Kəmalə Zeynalova evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb.
Nərimanov rayonunda yaşayan 1979-cu il təvəllüdlü A. Ağalarova polisə müraciətində bildirib ki, 21 yaşlı oğlu Əhmədağa martın 31-də həyətdə gəzmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.
Xətai rayonunda yaşayan 1987-ci il təvəllüdlü Elmir Nəzərov da aprelin 1-i itkin düşüb. Hər üç şəxsin axtarışları davam etdirilir.
Murad Əhməd