Polis bölməsində ölüm

polis-bolmesinde-olum
Oxunma sayı: 643

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da saat 03.30 radələrində Sumqayıt şəhər sakini Zöhrab Vahidovun idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qismində oturmuş sərxoş halda olan Sumqayıt şəhər sakini Atəş Xudiyev sürücüyə maneçilik törətdiyinə və təhqir etdiyinə görə, Z.Vahidov avtomaşınını 3-cü mikrorayonun ərazisində xidmət aparan Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun patrul avtomaşınının yanına sürərək şikayətini bildirib.

A.Xudiyev, Z.Vahidovla birgə 3-cü polis bölməsinə aparılarkən yolda səhhəti pisləşib və Polis Bölməsinə çatdıqdan sonra əvvəllər iki dəfə infarkt keçirdiyini bildirib və cibindəki dərmanı qəbul edib.

Polis bölməsinə təcili tibbi yardım maşını çağırılıb. Lakin tibb işçiləri tərəfindən müayinə edilən A.Xudiyev infarktdan dünyasını dəyişib.