İngiltərədə polis baş nazirliyə namizəd Boris Consonun evinə basqın edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qonşuların evdən qışqırıq səsləri gəlməsi ilə bağlı şikayətindən sonra polis evə gəlib. Şahidlərdən birinin sözlərinə görə, evdə güclü dava-dalaş olub. Hətta qab-qacaq qırılıb. London Polis Təşkilatı Consonun evinə basqından sonra açıqlamasında evdə hər şeyin qaydasında olduğunu bildirib.
Qeyd edək ki, Conson ötən il 25 illik həyat yoldaşı Marina Viilerdən boşanma qərarı alıb.
Son xəbərlər
Son Xəbərlər