Dağda köməksiz vəziyyətdə qalan şəxsləri polislər xilas edib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Lerik rayonuna gəzintiyə gələn 3 nəfər çıxdıqları sərt dağlıq ərazidən düşə bilməyərək köməksiz vəziyyətdə qalıblar.
Əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Nəticədə həmin şəxslər Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidən çıxarılıblar.
Xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər