İsveçin Lund şəhərində polis əlində oyuncaq silah olan 16 yaşlı Daun sindromlu Erik Naslundonun qolunu sındırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən həftə daha bir Daun sindromlu gənci əlindəki oyuncaq silah səbəbindən güllələyərək öldürən İsveç polisi Eriki bölməyə apararkən qolunu 3 hissədən sındırıb. Erikin atası Martin Naslunda oğlu üçün təcili yardım belə çağrılmadığını deyib:
“Yəqin ki, kimsə xəbər verib, polis də oğlumu mühasirəyə alıb. Oyuncaq silahı həqiqi bilərək oğlumun üstünə cumublar. Qolunu 3 yerdən sındırsalar da, təcili yardım çağırmayıblar”.
Martin artıq polisdən şikayət ərizəsi verdiklərini bildirib.
Son xəbərlər
Son Xəbərlər