Polis dünənki yanğında zəhərlənən şəxsi belə xilas etdi - Video

polis-dunenki-yanginda-zeherlenen-sexsi-bele-xilas-etdi
Oxunma sayı: 2370

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxsi polis əməkdaşı xilas edib.

“Qafqazinfo”nun məlumatına görə, axşam saatlarında baş verən yanğında bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb. Köməksiz olan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub. Polis əməkdaşının cəhdləri nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili tibbi yardım həkimlərinə təhvil verilib.

Elnur Əhmədovun fotosunu və onun ağır vəziyyətdə olan şəxsi xilas etməsini əks etdirən görüntüləri təqdim edirik:

Nizam Rza