Polis “Edik”dən silah götürdü

polis-edikden-silah-goturdu
Oxunma sayı: 1564

Bakıda kriminal aləmin üzvü saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Edik” ləqəbi ilə tanınan, 1964-cü il təvəllüdlü İsmayılov Elçin Nahid oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

E. İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.