“Polis əməliyyat haqda ifadə verə bilmədi” -

polis-emeliyyat-haqda-ifade-vere-bilmedi-
Oxunma sayı: 1304


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, Ramin Cəfərov haqda olan ittiham tam sübuta yetirilib. Təqsirləndirilən şəxsin üçün 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.

Hazırda Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilən R.Cəfərov əvvəllər də məhkum olunub və bundan öncəki cəzasından çəkilməmiş hissəsi qalıb.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək bildirib ki, Ramin Cəfərov istintaq zamanı təzyiq altında ifadə verdiyini bildirib: “Məhkəmədə də istintaqdakı ifadəsini təsdiq etmədi. Əməliyyatda iştirak etdiyi deyilən polis əməkdaşı da məhkəmədə əməliyyat haqda ifadə verə bilmədi. Ramin özü deyir ki, narkotik ona məxsus olmayıb. Tutaq ki, narkotik Raminin olub. Axı bunun heç satış məqsədi ilə olduğu sübuta yetirilməyib. Ortada nə alıcı, nə sifarişçi var. Buna görə də Ramin Cəfərov haqda bəraət verilməsini istəyirəm”.

Ramin Cəfərov son söz deyib: “Üstümdə heç nə olmayıb. Heç nədən burdayam, nə bilim vallah”.

Məhkəmənin hökmü ilə Ramin Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd

“Qafqazinfo”