Polis əməliyyat keçirdi

polis-emeliyyat-kecirdi
Oxunma sayı: 869

Balakən rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.