Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan artıq narkotik çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, əvvəllər məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər Lənkəran sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.


Son xəbərlər
Son Xəbərlər