Polis əməliyyat keçirdi, oğrular tutuldu

polis-emeliyyat-kecirdi-ogrular-tutuldu
Oxunma sayı: 679

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev mayın 20-də tutulublar. Məlum olub ki, onlar aprelin 22-nə keçən gecə Hövsan qəsəbəsi Zığ bağlarında yaşayan Taleh Vəliyevə məxsus “VAZ-2106” markalı avtombildən arxa şüşəni çıxarma yolu ilə 5 ədəd səsgücləndirici, 2 ədəd açar dəsti, mayın 1-nə keçən gecə Hövsan qəsəbəsi Qum adasında yaşayan İntiqam Hüseynova məxsus “Daewoo” markalı avtomobildən 2 ədəd güzgü, 2 ədəd akkumliyator, 2 ədəd fara, mayın 12-nə keçən gecə Zığ yolunda yaşayan Elbrus Cəbrayılova məxsus “VAZ-2107” markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 15-nə keçən gecə Zığ şossesində yaşayan Nuril Mayılova məxsus “VAZ-21015” markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 18-də keçən gecə isə Zığ qəsəbəsində qəsəbə sakini Kamil Cəbiyevə məxsus “Mersedes” marklı avtomoildən 4 ədəd təkər oğurlanıblar.

Mayın 19-u saat 14 radələrində Binə qəsəbəsində Sərxan Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə Reyhan Rüstəmovanı vurmuş, sonuncu qəsəbə poliklinikasında ölüb.

Mayın 19-u saat 23:20 radələrində Pirşağı - Fatmayı yolunda Bakı şəhər sakini Xalid Orucovun idarə etdiyi “QAZ-31” markalı və Abşeron rayon sakini Həsən Vəzirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə, “QAZ-31”in sürücüsü X.Orucovun və sərnişini Nurlan Bayramov, “VAZ-2107”nin sürücüsü H.Vəzirov və sərnişinləri Oruc Allahverdiyev 3 saylı xəstəxanaya yerləşdirilmiş, Seyfəl Allahverdiyev isə xəstəxanaya aparılarkən ölüb.

Mayın 19-da Hövsan qəsəbəsində Murad Əsgərov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Əliyev elə həmin gün tutulub.

Binəqədi RPİ 5-ci PB əməkdaşları Türkiyə vətəndaşı Turhan Ahmed Numanı qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339-cu (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Mayın 20-də Sabunçu qəsəbə sakini Konovolova Aleksandra Andreyevna Əfəndiyev küçəsində yaşayan Elxan Qurbanovu mübahisə zəminində yaşadığı ünvanda bıçaqladığına görə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 21-i saat 00:45 radələrində Buzovna - Maştağa yolunda Bakı şəhər sakini Cavid Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və Ceyhun Musazadənin idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub. Nəticədə, C.Əliyev hadisə yerində ölüb, C.Musazadə və sərnişinləri - İbrahim Quliyev və Rəhimə Xəlilova 3 saylı xəstəxanaya yerləşdiriliblər.