Braziliya Federal polisi 12 il 1 ay həbs cəzası verilmiş sabiq prezident Luisa inasiu Lula da Silvanın saxlanılmasını təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Məlumata əsasən, keçmiş prezident San-Bernardu-du-Kampu şəhərində Metallurgiya Birliyinin binasında tərəfdarlarının yanında gizlənir.
Polis verdiyi açıqlamada bu gecə onun saxlanılması üçün əməliyyat keçirməyəcəyini bildirib.
Daha əvvəl Lulaya könüllü şəkildə polisə təslim olması üçün cümə günü saat 23.00-a kimi vaxt verilmişdi.
Hazırda bütün ölkə ərazisində Lulaya dəstək aksiyaları keçirilir.
Son xəbərlər
Son Xəbərlər