Polis evdən oğurluq edəni tutdu

polis-evden-ogurluq-edeni-tutdu
Oxunma sayı: 1048

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, evlərdən birindən 3400 manat oğurlanması barədə 35-ci polis bölməsinə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nadir Nağıyev tutulub.