Polis hüquq müdafiəçisini niyə saxlamışdı?

polis-huquq-mudafiecisini-niye-saxlamisdi
Oxunma sayı: 892


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “ Siyası Məhbuslarsız Azərbaycan” İctimai Birliyinin rəhbəri Elşən Həsənov bildirib

E. Həsənov qeyd edib ki, Koroğlu metrosunda piyada keçidində Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarındə iştirak edəcək idmançılar üçün ayrıca hasar çəkilib: “Həmin idmançılar rahat gəzməli, camaatla üzləşməməlidir.  Mən də həmin hasarların şəklini çəkdim. Bu zaman polislər mənə yaxınlaşaraq şəkil çəkməyin qadağan olunduğunu bildirdilər. Məni Nizami rayon Polis Bölməsinə apardılar. Orada 3 saata yaxın saxladılar. Telefonu əlimdən aldılar. Telefonda heç nəyi silməyiblər. Sonda məni əsassız saxladıqlarını bilib buraxdılar. Düşünürəm ki, şəkil çəkmək məsələsi əslində bəhanədir, ictimai fəaliyyətimə görə məni polis bölməsinə aparmışdılar”

Günel