Polis “Hyundai”la ağır qəzaya düşdü- - 1 ölü, 1 yaralı

polis-hyundaila-agir-qezaya-dusdu-
Oxunma sayı: 2032


“Qafqazinfo” fins.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 148-ci kilometrliyində, Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakini Fərman İbrahimov idarə etdiyi “VAZ-21132” markalı avtomobillə  Balakən şəhər sakini,  Elvin Seyidovun idarə etdiyi “Hyundai”la toqquşub.

Baş vermiş qəza nəticəsində polis əməkdaşı olan Elvin Seyidov ağır bədən xəsarətləri alıb. “VAZ-21132” avtomobilinin sürücüsü  Fərman İbrahimov isə aldığı xəsarətlərdən Balakən Rayon Mərləzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, E.Seyidov polis əməkdaşıdır.O, Qax rayon Polis Şöbəsində Zəyəm, Şotavar və Qoroğan kəndləri üzrə sahə müvəkkili vəzifəsində işləyir.Faktla bağlı araşdırma aparılır.

Icbari Sığortalar Bürosundan (İSB) verilən məlumata görə, 90 UD 152 nömrəli “VAZ-21132” maşını “Azərsığorta” şirkətində sığortalanıb. Polis əməkdaşı E.Seyidovun idarə etdiyi 90 BK 996 nömrəli “Hyundai” avtomobilinin isə icbari sığortası olmayıb.