Polis iki vəzifəli şəxsi cərimələdi

polis-iki-vezifeli-sexsi-cerimeledi
Oxunma sayı: 2520

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

“Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Yardımlı rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.