Polis İtaliya klublarının bazasında axtarış apardı

polis-italiya-klublarinin-bazasinda-axtaris-apardi
Oxunma sayı: 1611

İtaliya Maliyyə Polisi A seriyasında mübarizə aparan 3 klubun - “Roma”, “Latsio” və “Salernitana”nın bazasında axtarış aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. 

Axtarışlara səbəb kimi 2017-2021-ci illərdə 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində qanunauyğunsuzluqların olduğu göstərilib.

Lakin hansı transferlərin araşdırıldığı, dəlil tapılıb-tapılmadığı açıqlanmayıb.