Polis maşınını vurub qaçdı - - “Saxla” əmrinə tabe olmadı

polis-masinini-vurub-qacdi-
Oxunma sayı: 1519


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində “Fiat Dobla” markalı avtopatrulda xidmət aparan PPXB-nin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan “Pegout” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi vermiş, lakin hərəkəti davam etdirmiş sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıb. 

Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Murad Əhməd

“Qafqazinfo”