Polis mayoru ağır qəzaya düşdü

polis-mayoru-agir-qezaya-dusdu
Oxunma sayı: 4521

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.

Xəbəri rus dilində oxuyun: В результате ДТП машина раскололась надвое

Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli