Polis mayoru qəfil öldü

polis-mayoru-qefil-oldu
Oxunma sayı: 4622

Qaxda keçmiş polis əməkdaşı qəflətən vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin hamam otağında ölüb. Onun huşsuz bədəni həyat yoldaşı tərəfindən aşkarlanıb.

Onun ölüm səbəbi kimi dəm qazından zəhərləndiyi göstərilsə də, ailəsi mərhumun ürəyində problemlər olduğunu və ürəktutmadan öldüyünü bildirib. 

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayoru olub. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili kimi çalışıb.

Mübariz Muradov