Polis Merilin Mensonun evində axtarış apardı

polis-merilin-mensonun-evinde-axtaris-apardi
Oxunma sayı: 1905

Polis amerikalı rok musiqiçi Merilin Mensonun evində axtarış aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, axtarış noyabrın 29-da səhər saatlarında order əsasında aparılıb. Musiqiçinin özü evdə olmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları Mensonun evindən məlumatların saxlanılması üçün qurğular, o cümlədən sərt disklər götürüb.