Polis məscidə hücum etdi - 4 ölü, 40 yaralı var

polis-mescide-hucum-etdi
Oxunma sayı: 655

Əfqanıstanın Taxar şəhərində bir polis məscidə hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polisin namaz qılanlara atəş açması nəticəsində 4 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Məlumata görə, həmin polislə məscidin axundu Maulvi Mafuz arasında problem olub. O da axundu öldürmək üçün məscidə hücum edib.

Hadisə zamanı axund xəsarət almayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.