Polis məscidlərin mühafizəsini gücləndirəcək

polis-mescidlerin-muhafizesini-guclendirecek
Oxunma sayı: 745

İngiltərənin paytaxtı Londonda müsəlmanlara hücumdan sonra polis məscidləri gücləndirilmiş mühafizə altına alınacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu şəhərin meri Sadiq Xan bildirib.

Xatırladaq ki, iyunun 19-na keçən gecə Londonun şimalında sürücünün avtomobili məsciddən qayıdan insanların üzərinə sürməsi nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.

DİN rəhbəri Amber Radd hadisəni terror aktı kimi təhqiq olunduğunu vurğulayıb.