Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 18-də saat 13:40 radələrində, metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlanıb. Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Abşeron rayon sakini, 1980-ci il Emil Paşa oğlu Əliyev tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər