Polis milli komandada forma geyindi - Fotolar

polis-milli-komandada-forma-geyindi
Oxunma sayı: 758

Qanalı polis Samuel Sarfo uzun müddətdir milli komandanın oyunlarında təhlükəsizliyi qoruyurmuş.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, futbola böyük həvəsi olan polisin ən böyük arzusu milli komandanın formasını geyinmək olub.

Sarfonun arzusu nəhayət həyata keçib. Belə ki, o, 1-2 hesabı ilə məğlub olduqları ABŞ-la yoldaşlıq matçında milli komandanın formasını geyinib. 81-ci dəqiqədə meydana daxil olan Sarfo müdafiədə çıxış edib.

Hazırda polis olaraq işinə davam edən 26 yaşlı Samel Sarfo professional futbolçu olmaq istəyir.