Polis narkoəməliyyat keçirdi

polis-narkoemeliyyat-kecirdi
Oxunma sayı: 1371

Azərbaycanın bir neçə rayonunda narkotik vasitə daşıyan şəxslər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Göyçay rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Kamil Qəndəliyevidən 4 qrama yaxın, evindən isə 485 qram marixuana, Masallı rayon Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu, Oğuz rayon Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədovdan 12 qram, evindən isə əlavə 651 qram marixuana aşkar edərək götürülüb.

Lerik rayon Qrand kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 7 tona yaxın 14210 ədəd çətənə kolu yığılaraq məhv edilib.